Ermənilər Ağdərəni boşaldıblar - VİDEO

Ermənilər Ağdərəni boşaldıblar - VİDEO

4 Aprel 2016 13:40
419

"Azadlıq" radiosunun Ermənistan bürosu Ağdərədə bütün kəndlərin boşaldıldığını açıqlayıb.

Şəhər ətrafında çəkiliş zamanı bir nəfər də mülki şəxs gözə dəyməyib. Yalnız geri çəkilən tək-tük əsgərlər yol kənarında texnika içərisində pusquda gözləyir.

Qeyd edək ki, bu gün səhər saatlarından erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 125 dəfə atəş zərbəsi endirib. Aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub.(axar)

Mediainfo.az