Kater qəzasında 50 adam öldü

Kater qəzasında 50 adam öldü

10 Avqust 2011 09:02
Bəyəndim (0) Bəyənmədim (0)


Afrikada Madaqaskar adası ilə Mozambik arasındakı Komor (Comores) adalarında sərnişin gəmisi qəzaya uğrayıb. İlkin məlumatlara görə, qəza nəticəsində ən azı 50 nəfər boğulub. Qeyd edək ki, 100-dən çox sərnişinin olduğu gəmi mühərrikin sıradan çıxması nəticəsində sahilin 3 km yaxınlığında qayalara çırpılaraq batıb. Mülki müdafiə dəstələri isə digər sərnişinləri sudan çıxarmaq üçün dənizin sakitləşməsini gözləyir.

İstər suda, istər quruda, istərsə də havada qəza qaçılmazdır. Buna baxmayaraq ehtiyatlı olmaq lazımdır.

Tofiq Əliyev

O.M.