Bu gecə şəhid olan Nurəddin Mirzəyev dəfn olunub - YARDIMLIDA

Bu gecə şəhid olan Nurəddin Mirzəyev dəfn olunub - YARDIMLIDA

4 Aprel 2016 12:40
655

Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri 1996-cı il təvəllüdlü Nürəddin Etimad oğlu Mirzəyev bu gün doğulduğu Yardımlı rayonunun Onuba kəndində dəfn edilib.

Dəfn mərasimində Yardımlı rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, onun xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.

Şəhid yayılım atəşindən sonra torpağa tapşırılıb, Azərbaycanın bayrağı onun atasına təqdim edilib.

Mediainfo.az