Akif Nağının cəbhəyə gedən dəstəsi atəşə məruz qaldı – QAT üzvü başından yaralandı - FOTO

Akif Nağının cəbhəyə gedən dəstəsi atəşə məruz qaldı – QAT üzvü başından yaralandı - FOTO

4 Aprel 2016 00:21
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, təşkilatın idarə heyətinin üzvləri Şaiq Süleymanov, Nəsib Cəfərov və Tahir Bayramov cəbhə bölgəsində olub. Təşkilat üzvləri Ağdam, Tərtər, Goranboy rayonlarında yerli sakinlər və hərbçilərlə görüşüb, həmçinin Lələtəpə yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə həlak olan, Ağdamın Xındırıstan kəndində dəfn edilən şəhid Pərvan Mehrəliyevin yas məclisində iştirak ediblər.

QAT sədri Akif Nağıdan aldığımız məlumata görə, Tərtərin Qapanlı kəndi ərazisində olarkən qəfildən düşmən ordusu toplardan atəş açmağa başlayıb:"Dərhal hamımız üzüqoylu yerə sərildik. Mərmilərdən biri bizim lap yaxınlığımızda partladı. Bu zaman QAT İdarə Heyətinin üzvü Tahir Bayramov başından qəlpə yarası aldı. Əvvəlcə ona özümüz ilkin tibbi yardım göstərdik. Daha sonra isə hospitala apardıq, həkimlər nə lazımdırsa, etdilər. Ancaq şükürlər olsun ki, xəsarət ciddi olmadığından həkimlər yaralıya yardım göstəriləndən sonra onun bizimlə birgə Bakıya qayıtmasına razılıq verdilər. Hal-hazırda yoldayıq".

A.Nağı onu da dedi ki, 57 yaşlı T.Bayramov Ağdamda anadan olub, Qarabağ döyüşçüsüdür. (musavat)