Komandirlər qaçmaq istəyən 17 əsgəri güllələyib – Erməni mediası

Komandirlər qaçmaq istəyən 17 əsgəri güllələyib – Erməni mediası

4 Aprel 2016 00:17
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ordusunun cəbhə xəttində ermənilərin təxribatlarına cavab olaraq keçirdiyi miqyaslı hərbi əməliyyatlar təkcə işğal olunmuş ərazilərdəki separatçıların deyil, işğalçı ordunun əsgərlərini də təşviş və vahiməyə salıb.

Erməni ordusunda fərarilik və demoralizasiya yüksək həddədir. İş o yerə çatıb ki, erməni komandirləri özləri silahı atıb qaçmaq istəyən 17 əsgəri güllələyiblər.

Bu məlumat işğalçı ordunun necə ciddi mənəvi böhran içində olduğunu əyani şəkildə nümayiş etdirir. (AzVision)

Mediainfo.az