“Azpetrol”da partlayış baş verib

“Azpetrol”da partlayış baş verib

9 Avqust 2011 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Hacıqabul rayonu ərazisində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, partlayışın zərbəsindən həmin vaxt yaxınlıqdan keçən Gəncə-Bakı avtobusu alışıb. Avtobusda yanğın baş verib, sərnişinlər arasında xəsarət alanlar olduğu bildirilir. Şahidlər benzindoldurma məntəqəsinin işçilərinin partlayışda dünyasını dəyişdiyini deyiblər. Partlayışın gücünün çox olduğu, alov xəttinin 100 metr məsafədə uzandığı bildirilir. Hacıqabul rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hazırda hadisə yerində partlayışın baş vermə səbəbləri araşdırılır.

Heç kəs qəzadan sığortalanmayıb. Buna baxmayaraq, hər zaman ehtiyatlı olmaq lazımdır.

Tofiq Əliyev

O.M.