Son 20 ildə Azərbaycan əhalisi 24% artıb

Son 20 ildə Azərbaycan əhalisi 24% artıb

9 Avqust 2011 15:51
Bəyəndim (0) Bəyənmədim (0)

Son 10 il ərzində Azərbaycan əhalisinin sayı 11,2%, ötən 20 il ərzində isə 24,4% artaraq 9 111,1 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əgər 1991-ci ildə ölkə əhalisinin sayı cəmi 7 324,1 min nəfər idisə, sonra 10 il ərzində bu göstərici 11,8% artaraq 2001-ci ildə 8 191,4 min nəfərə, sonrakı dövrdə isə daha 24,4% artaraq 2011-ci ildə 9 111,1 min nəfərə çatıb.

Qeyd edək ki, cari ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 53,5 min nəfər və yaxud 0,6% artaraq iyul ayının 1-nə 9 164,6 min nəfərə çatıb. Əhalinin sıxlığı 1 kv. kilometrə 106 nəfər olub. Əhalinin 49,6%-ni kişilər, 50,4%-ni isə qadınlar təşkil edir ki, hər 1 000 nəfər kişiyə 1 017 nəfər qadın düşür.

Tofiq Əliyev

O.M.