Erməni gənclər könüllü orduya getmək istəyirlər - FOTO

Erməni gənclər könüllü orduya getmək istəyirlər - FOTO

3 Aprel 2016 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

Qarabağ cəbhəsində hərbi eskalasiyanın son 22 ildə görünməmiş şəkildə gərginləşməsi fonunda 1000 nəfərə yaxın gənc Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhərinin mərkəzində toplaşaraq, hərbi komissarlığa ön xətə, ordu hissələrinə getmək istədiklərini bildiriblər. Bu barədə Ermənistanda fəaliyyət göstərən news.gisher.ru saytı yazıb.

Saytın verdiyi məlumata görə, hərbi komissarlıq cəbhəyə könüllü getmək istəyənlərin siyahısını yoxlayıb və onları bölüşdürərək təmas xəttinə, müxtəlif hərbi hissələrə göndəriblər.

Sayt yazır ki, hazırda da hərbi toplanışla məşğul olan büronun yerlışdiyi binanın qarşısında avtobuslar dayanıb.

Mediainfo.az