KİV: Rusiya Müdafiə Nazirliyinin binasında genişmiqyaslı yanğın olub

KİV: Rusiya Müdafiə Nazirliyinin binasında genişmiqyaslı yanğın olub

3 Aprel 2016 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada Rusiya Müdafiə Nazirliyinə məxsus yaşayış binasında genişmiqyaslı yanğın olub.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" güc strukturlarındakı mənbəsinə istinadən məlumat verib.

Məlumata görə, yanğın 8 mərtəbəli binanın üçüncü mərtəbəsindən başlayıb. Yaşayış binasındakı insanlar təxliyə edilir. Artıq 60 nəfərin təxliyə edildiyi də verilən məlumatlar arasındadır.

Məlumata görə, yanğının yayılma təhlükəsi var. Yanğın çətinlik dərəcəsinə görə üçüncü səviyyəyə aid edilir.

FHN-in paytaxt idarəsinin nümayəndəsinin sözlərinə görə, hadisə yerinə 45 nəfərlik şəxsi heyətə malik 9 yanğınsöndürmə qrupu göndərilib.

Mediainfo.az