Tərtər atəşə tutulub, dinc sakinlər yaralanıb

Tərtər atəşə tutulub, dinc sakinlər yaralanıb

3 Aprel 2016 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttindəki Seyidimli kəndini artilleriya atəşinə tutması nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb.

Ermənilərin atdığı mərmilərdən biri kənd sakini Sahib Vəliyevin evinə düşüb. Nəticədə 1951-ci il təvəllüdlü S. Vəliyev və onun nəvəsi, 2003-cü il təvəllüdlü Vəlizadə Sənan Saleh oğlu yaralanıb. Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Mediainfo.az