Türkmənistan sahillərində daha bir meyit tapıldı - neftçi ola bilər

Türkmənistan sahillərində daha bir meyit tapıldı - neftçi ola bilər

3 Aprel 2016 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanın Türkmənistandakı səfirliyindən verilmiş məlumata əsasən, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar meyitin şəxsiyyətinin müəyyən olunması və ölkəyə gətirilməsi üçün aidiyyəti qurumlar məlumatlandırılıb.

Mediainfo.az