Bakıda külək tikilini uçurdu - maşınlar əzildi

Bakıda külək tikilini uçurdu - maşınlar əzildi

3 Aprel 2016 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 3-nə keçən gecə müşahidə edilən güclü külək Bakıda müəyyən fəsadlar törədib.

Güclü külək Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsində ("Səma" şadlıq sarayının yaxınlığı) yerləşən və təmir edilən 5 mərtəbəli yaşayış binasında ustalar üçün quraşdırılmış metal konstruksiyalı ayaqaltıları uçurub. Nəticədə binanın qarşısında saxlanılmış 10-a yaxın avtomobilə ciddi ziyan dəyib.

Hazırda ərazidə vətəndaşlara dəymiş ziyanın həcmi dəqiqləşdirilir. (lent)

Mediainfo.az