Şəhidimizin son statusu: "Canımdan keçməyə hazıram" - FOTO

Şəhidimizin son statusu: "Canımdan keçməyə hazıram" - FOTO

2 Aprel 2016 00:19
286

Xəbər verdiyimiz kimi, aprelin 2-də gecə saatlarında cəbhə xəttində gedən döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbçisi şəhid olub.

Vətən uğrunda şəhid olan hərbçi Ruhin Qəhrəmanovun sosial şəbədəkə yazdığı son status diqqət çəkib.

O, ötən ilin avqustunda paylaşdığı statusda torpaqlarımızı azad etmək üçün canından keçməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, Cəbhə xəttində gedən ağır döyüşlərdə şəhid olan Azərbaycanlı hərbçilərin bir neçəsinin kimliyi məlum olub.

Düşmən təxribatı zamanı mayorlar Urfan Vəlizadə və Təbriz Mustafazadə, baş leytenant Bəkir İsmayılov, gizir Fariz Novruzov, əsgərlər İlkin Məmmədov, Rəvan Nurayev, Samir Qaçayev, Ruhin Qəhrəmanov şəhid olub.

Allah rəhmət eləsin!

Mediainfo.az