Sabaha olan hava proqnozu - 29 dərəcə isti

Sabaha olan hava proqnozu - 29 dərəcə isti

1 Aprel 2016 12:56
367

Şənbə günü, aprelin 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediainfo.az-a verilən məlumata görə, paytaxtda mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 15-20, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq.


Azərbaycan rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlədə arabir güclənəcək.


Havanın temperaturu gecə 5-10, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacaq.

Mediainfo.az