Türkiyə suriyalı qaçqınları geri qaytarır?!

Türkiyə suriyalı qaçqınları geri qaytarır?!

1 Aprel 2016 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Son aylar ərzində Türkiyə minlərlə suriyalını evinə dönməyə məcbur edib. Bu barədə "Amnesty International" hüquq-müdafiə təşkilatı məlumat yayıb və bunun Avropa və beynəlxalq qanunlara zidd olduğunu bildirib.

"Amnesty" bildirir ki, Türkiyənin cənub sərhədində topladığı informasiya hakimiyyətin yanvarın ortasından bəri 100-dək suriyalını ölkədən çıxardığını göstərir.

Təşkilat bütün bunların Türkiyəyə göndərilən miqrantlar üçün təhlükə yaratdığını söyləyir. Gələn həftədən Avropa Birliyi ilə Ankara arasında qüvvəyə minən sazişə görə, Yunanıstana keçən miqrantlar geri qaytarılacaq.

Türkiyə Xarici İşlər Nazirliyi isə miqrantların məcburən qaytarılması barədə deyilənləri təkzib edib, suriyalılar üçün "açıq qapı" siyasəti yürütdüyünü bildirib ("Azadlıq" radiosu).

Mediainfo.az