Musa Kusa müsahibə verib

Musa Kusa müsahibə verib

12 Aprel 2011 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyanın keçmiş baş naziri, bu ölkədəki hadisələrdən sonra İngiltərəyə qaçmış və hal-hazırda siyasi mühacir olan Musa Kusa ilk dəfə BBC telekanalına müsahibə verib. Müsahibəsində o, "Liviya Somali olmasın", - deyib.

Daha sonra o, bütün problemlərin həllini xalqla dialoqda gördüyünü bildirib. Musa xarici qüvvələrə "Liviyada vətəndaş müharibəsini dayandırın, yoxsa daha çox qan tökülər və Liviya da Somali kimi olar" fikrini söyləyib.

Bundan başqa, Musa Kusa Liviyanın bölünməsinə qarşı çıxdığını da qeyd edib.

Xatırladaq ki, Liviyada sülh danışıqlarını rədd edən müxalifət hərbi əməliyyatları davam etdirəcəyini bildirmişdi.

Musa Kusa küsə-küsə ölkəsini tərk etmişdi. Görünür, indi də qusa-qusa qaytarılacağından qorxur.


Elvin Babayev

O.M.