Ayaz Mütəllibovun oğlu bu gün dəfn olunacaq

Ayaz Mütəllibovun oğlu bu gün dəfn olunacaq

9 Avqust 2011 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bu dəqiqələrdə "Təzə pir" məscidində Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun oğlu Azad Mütəllibovla vida mərasimi keçirilir. Məlumata görə, hələ ki, vida mərasiminə eks prezident Ayaz Mütəllibov qatılmayıb.

Xatırladaq ki, Azad Mütəllibov dünən 49 yaşında vəfat edib. Onun dəfn mərasimində iştirak etmək üçün Ayaz Mütəllibov 19 illik fasilədən sonra Bakıya gəlib. O hava limanında jurnalistlərə heç bir açıqlama verməyib.

Qeyd edək ki, Ayaz Mütəllibovun adı bir neçə cinayət işində, o cümlədən Xocalı qətliamı və 20 yanvar faciəsinə dair istintaq araşdırmalarında hallanır. O uzun illərdir ki, interpol vasitəsilə axtarışdadır.

Allah rəhmət eləsin.

Günel Həbib

O.M.