Yardımlı sakinini elektrik cərəyanı vurub

Yardımlı sakinini elektrik cərəyanı vurub

9 Avqust 2011 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda bədbəxt hadisə qeydə alınıb. 33 yaşlı Yardımlı rayon Bülzünbül kənd sakini Cavadov Zöhrəli Əlizadə oğlu Güzdək qəsəbəsi ərazisindəki mişar daşı karxanasında yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. O, 380 voltluq elektrik naqilini təmir edərkən bədbəxt hadisə ilə üzləşib. Faktla bağlı Prokurorluqda araşdırma aparılır.

Elektrik cərəyanı insanların çox işinə yarasa da, hərdən onların həyatına son da qoyur. Odur ki, elektrik cərəyanı ilə ehtiyatlı olmaq lazımdır.

Tofiq Əliyev

O.M.