Argentinada təyyarə qəzaya uğrayıb

Argentinada təyyarə qəzaya uğrayıb

9 Avqust 2011 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Argentinada yüngül motorlu təyyarə qəzaya uğrayıb. Nəticədə pilot və sərnişin həlak olub. Piper PA-11 tipli təyyarə Buenos-Ayres 500 km şimal-qərbdəki Parana şəhərinin kənarında qarğıdalı zəmisinə düşüb. Yerli xilasedicilərin nümayəndəsi Tomas Valyexosun sözlərinə görə, təyyarə yerə dəyəndən sonra yanıb. Yerdə iki nəfərin yanmış cəsədi tapılıb. İlkin versiyaya görə, təyyarə yüksək gərginlikli elektrik xəttinə toxunub.

Yüngül motorlu təyyarə ağır qəzaya uğradı.

Tofiq Əliyev

O.M.