Londonun şimalındakı iğtişaşlar geniş miqyas alıb

Londonun şimalındakı iğtişaşlar geniş miqyas alıb

8 Avqust 2011 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

Londonun şimalındakı Tottenhem rayonu ərazisində polis əməkdaşının atəş açması nəticəsində yerli sakinin ölməsindən sonra baş vermiş qarışıqlıq Londonun cənub və şərqinə də yayılıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə Londonun Dalston, Edmonton, Brikston və Kroydon rayonlarında da kütləvi qarışıqlıqlar qeydə alınıb. London polisi isə bu məlumatı təkzib edib. Londonun qərbində isə bir qrup gəncin Westfield ticarət mərkəzinin şüşələrini sındırdığı və onun qarşısındakı avtomobilləri yararsız hala saldığı bildirilir. Polis əməkdaşlarının əraziyə gəlməsindən sonra vəziyyət nəzarət altına alınıb. Ötən gecə yeni toqquşmaların baş qaldırdığı Enfild və digər rayonlara gücləndirilmiş polis dəstələri göndərilib. Polis əməkdaşları istintaq əməliyyatının aparılması və qarət hallarının qarşısının alınması üçün iğtişaşların baş verdiyi əraziləri tam nəzarətə götürüb. İğtişaşlarla bağlı irimiqyaslı araşdırma başlayıb. London polisi müşahidə kameralarındakı görüntüləri, şahidlərin ifadələrini və digər dəlilləri təhlil edir. İğtişaşların 100-dən çox iştirakçısı həbs olunub və onlar ictimai asayişi pozmaqda şübhəli bilinir. Qeyd edək ki, toqquşmalarda 30-dək adam xəsarət alıb ki, onlardan 26-sı polis əməkdaşıdır.

Kəssə hər kim tökülən qan izini...

Tofiq Əliyev

O.M.