Azərbaycanlılardan ibarət cinayətkar qruplaşma zərərsizləşdirilib

Azərbaycanlılardan ibarət cinayətkar qruplaşma zərərsizləşdirilib

8 Avqust 2011 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları ölkə ərazisində narkotiklərin qanunsuz satışı ilə məşğul olan Rusiya-Azərbaycan vətəndaşlarından ibarət qruplaşmanın aktiv iştirakçılarını saxlayıb. APA-nın məlumatına görə, bu ilin yazında xüsusi xidmət orqanları Rusiya və Azərbaycan vətəndaşlarından ibarət beynəlxalq narkotik qrupun Moskva və Moskva ətrafı bölgələrdə fəaliyyət barədə informasiyalar əldə olunub. Xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində qrupun liderləri və aktiv üzvləri müəyyən edilib. İyulun sonunda keçirilən əməliyyat zamanı şübhəli şəxslər saxlanılıb.

Cinayətkar qrupdan 540 kiloqram narkotik maddə müsadirə olunub. Faktla bağlı FTX tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxslərin 4 ildən 8 ilə qədər müddətə azadlıqdan məhrum edilməsi gözlənilir.

Camaatın həyatını zəhərləyəcəkdilər, öz həyatları zəhər oldu.

Tofiq Əliyev

O.M.