Yaponiyadan həyəcan siqnalı

Yaponiyadan həyəcan siqnalı

12 Aprel 2011 10:45
826
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya həyəcan təbili çalıb. Belə ki, yerli mütəxəssislər Fukuşima-1 stansiyasındakı radiasiya səviyyəsinin Çernobl səviyyəsində olduğunu açıqlayıblar.

Belə ki, radiasiyanın miqdarı 7 dərəcəyə qalxıb. BBC müxbirinin verdiyi məlumatda isə Yaponiyada hər şeyin normal olduğu, əhalinin hadisə yerindən köçürülməsinə davam edildiyi bildirilib.

Bundan başqa, mütəxəssislərin stansiyadakı radiasiya sızmasını nəzarətdə saxlamağa çalışdıqları qeyd olunub.

Xatırladaq ki, 1986-cı ildə Çernoblda baş verən fəlakət 7 dərəcə səviyyəsində götürülmüşdü. Yaponiyada bu rəsmən təsdiqlənərsə, ətraf ərazidə yaşayan əhalinin köçürülməsi daha da sürətlənəcək.

Burda deyiblər, bir dəli quyuya daş atdı, min ağıllı çıxara bilmədi...

Elvin Babayev

O.M.