Somalidəki aclığın son qurbanı 12 aylıq uşaq oldu

Somalidəki aclığın son qurbanı 12 aylıq uşaq oldu

8 Avqust 2011 15:06
Bəyəndim (0) Bəyənmədim (0)
Afrikada insanlıq dramı yaşanır

Quraqlığın qovurduğu Somalidə aclığın son qurbanı 12 aylıq uşaq oldu. Bölgənin qanayan yarası olan Dadaab düşərgəsi hər gün kədərli, acılı görüntülərə səhnə olur. Ölümün kənarında olan on minlərcə uşağın yaşadığı düşərgədə son qurban 12 aylıq uşaq oldu. Minlərcə somalili bu düşərgəyə çatmaq üçün km-lərlə yol qət etmək məcburiyyətində qalır. Onlardan əksəriyyəti ölür, ölməyən uşaqlar isə düşərgədə canlarını tapşırırlar. Lin Məhəmməd Surov 25 gün idi ki, düşərgədə idi. Lakin yetərli qida qəbul etmədiyi üçün 3 gün öncə öldü. Onun qardaşı Məhəmməd məzarının başında göz yaşları tökdü. Mövcud vəziyyət hələ bir çox Məhəmməd kimilərin göz yaşı tökəcəyini göstərir. Hazırda aclıqla burun-buruna olan və təcili yardıma ehtiyacı olan 649 min balaca somalili yardımsevərlərin yolunu səbirsizliklə gözləyir.

Toxun acdan nə xəbəri...

Günel Həbib

O.M.