Barak Obama "Ağ Ev"dən bezib

Barak Obama "Ağ Ev"dən bezib

12 Aprel 2011 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Barak Obama Linkoln şəhərinə gedib. Prezident olmamışdan əvvəlki günlərini xatırlayan Barak Obama Linkoln şəhərində olarkən şənbə günü səhər gec oyanmaq, üz qırxmamaq, qızlarını maşınla marketə aparmaq, meyvə sıxmaq, maşınını yumaq, piyada gəzmək üçün çox darıxdığını söyləyib. O, daha piyada gəzə bilmədiyini də deyib. Obama tək-tənha Central Parka gedərək bütün günü insanları izləməkdən ötrü də çox darıxdığını sözlərinə əlavə edib.

Bizim bu "qarabala" köhnə günlərinə qayıtmaq istəyir. Eybi yox, növbəti seçkilərdə amerikalılar ona bu şəraiti yaradarlar.

Hafiz Əhmədov

O.M.