Bu gündən ali məktəblərdə sənəd qəbulu başlayıb

Bu gündən ali məktəblərdə sənəd qəbulu başlayıb

8 Avqust 2011 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmuş şəxslər bu gündən tələb olunan sənədləri qəbul olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Sənədlərin qəbulu avqustun 18-dək davam edəcək. TQDK-dan bildirilib ki, müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Ali məktəbə qəbul olan bütün şəxslərə gözəl və mənalı "tələbəlik illəri" arzulayırıq.

Tofiq Əliyev

O.M.