Ordumuzun əsgəri günvurmadan dünyasını dəyişib

Ordumuzun əsgəri günvurmadan dünyasını dəyişib

8 Avqust 2011 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ordumuzun əsgəri vəfat edib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar respublikasında yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 2011-ci ildə Babək Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Saməddin Mətləb oğlu Quliyev naməlum şəraitdə dünyasını dəyişib. Onun günvurmadan öldüyü bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin ölüm faktını təsdiqləyib. O, qeyd edib ki, hazırda əsgərin ölümünün səbəbləri araşdırılır.

Günəş şüaları insan orqanizmi üçün xeyirlidir. Amma bu normadan artıq olanda isə böyük fəsadlar yaradır.

Tofiq Əliyev

O.M.