Daşkəsən sakini özünü güllələyib

Daşkəsən sakini özünü güllələyib

8 Avqust 2011 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Daşkəsən rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Daşkəsən rayon Prokurorluğundan bildirilib. Hadisə rayonun Almalı kəndində qeydə alınıb. Kənd sakini, 30 yaşlı Samir Əsgərov ov tüfəngindən atəş açaraq özünü öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Daşkəsən Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Hər bir insanın həyat səhifələrində çətin və ağır günlər olur. Bu vəziyyətdən ən düzgün çıxış yolu isə iradə və əzm göstərməkdir. Çalışın, iradəli olun.

Tofiq Əliyev

O.M.