Səbail rayonunda yol qəzası

Səbail rayonunda yol qəzası

8 Avqust 2011 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Səbail rayonu Parlament prospektində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 28 yaşlı Musa Balazadənin idarə etdiyi "Opel" markalı avtomobillə Rauf Əfəndiyevə məxsus "Hyundai" toqquşub. Hadisə zamanı nəqliyyat vasitələrinin sürücüləri ilə yanaşı "Opel"də olan sərnişin 1988-ci il təvəllüdlü Zeynəb Həsənova da müxtəlif dərəcəli xəsarət alaraq bir saylı şəhər xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə yaralılardan yalnız Rauf Əfəndiyevə lazımı tibbi yardım göstərildikdən sonra o evə buraxılıb. Digər yaralılar isə müalicələrini xəstəxanada davam etdirir. Qəzanın baş verdiyi ünvanda isə polis əməkdaşları tərəfindən müayinələr aparılıb və qəzada təqsirkar olan sürücü müəyyən edilib. Bakı şəhər DYP-nin inspektoru Aqil Əliyev ilkin ehtimallar görə "Opel"in "Hyundai"nin yoluna çıxdığını, nəticədə yol nəqliyyat hadisəsi baş verdiyini deyib.

Maşınlar da insanlar kimidir. Birisi yolunu azanda digərləri də zərər çəkir.

Tofiq Əliyev

O.M.