İspaniya parçalana bilər

İspaniya parçalana bilər

12 Aprel 2011 10:25
865
Bəyəndim (0) Bəyənmədim (0)


İspaniyanın Kataloniya əyalətində xalq öz müqəddəratını həll etmək üçün qeyri-qanuni seçki keçirib. Dünən keçirilən seçkilərdə Barselona şəhəri əhalisinin 18%-i iştirak edib. Nəticələr 92% səslə əyalətin İspaniyadan ayrılmasının lehinə olub.

Qeyd edək ki, keçirilən səsverməni müşahidə etmək üçün 52 ölkədən nümayəndə də Barselonaya gəlib. Xalq belə səsvermələri qeyri-leqal şəkildə 2009-cu ildən bəri keçirir və ilk dəfə dünya ölkələrinin dəstəyini alıb.

"Parçala, hökm sür" siyasəti imperialist dövlətlərin yeganə idarə üsuludur. Bu halda məqsəd İspaniyanı bölmək yox, daha çox özünə tabe etməkdir.

Elvin Babayev

O.M.