Müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir

Müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir

8 Avqust 2011 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir. Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə avqustun 8-dən başlayan imtahanlar avqustun 11-dək davam edəcək. Namizədlər Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin Təlim Mərkəzində xüsusi qrafik əsasında ixtisaslar üzrə elektron imtahan verirlər. Bu gün səhər saat 9-da başlayan imtahanlar axşam saat 6-dək davam edəcək. Hər bir müəllim kompüter qarşısında 1 saat ərzində imtahan verəcək. Hər saatın tamamında isə imtahan verən qrup digər qrupla əvəzlənəcək. Qeyd edək ki, hazırda ölkədə Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə 265 vakant yer var. Vakant yerlərdən 22-si Bakı şəhəri üzrə, 243-ü isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 1389 nəfər ərizə verib.

Həmişə müəllimlər imtahana çəkir, bu dəfə isə müəllimləri imtahana çəkəcəklər.

Tofiq Əliyev

O.M.