Amerikada ailə qətliamı: 8 ölü

Amerikada ailə qətliamı: 8 ölü

8 Avqust 2011 09:07
713
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Ohayo əyalətinin Akron şəhəri yaxınlığındakı qəsəbədə baş vermiş ailə daxili münaqişə 8 nəfərin güllələnərək ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnib. Əyalətin şimal şərqində 14 000 əhalisi olan Kopli Taunşip qəsəbəsində baş vermiş hadisədə ölənlərdən birinin 11 yaşlı uşaq olduğu qeyd edilib. Qəsəbənin polis rəisi Maykl Mier mətbuata verdiyi açıqlamada silahlı bir şəxsin ötən gün silahla əvvəl 5 nəfəri, daha sonra yaxınlıqda olan 2 nəfəri öldürdüyünü bildirib. Şübhəli daha sonra polis tərəfindən güllələnərək öldürülüb. Baş vermiş hadisənin səbəbləri və şübhəli ilə öldürülənlərin münasibətləri barədə isə məlumat verilməyib. Qeyd edək ki, bütün dünyaya "demokratiya" ixrac etməyə çalışan Amerikada belə kütləvi qətliamlar tez-tez baş verir.

ABŞ öz gözündə tiri görmür, başqalarının gözündə çöp axtarır.

Tofiq Əliyev

O.M.