Pekin şəhərində güclü yanğın baş verib

Pekin şəhərində güclü yanğın baş verib

12 Aprel 2011 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin paytaxtı Pekin şəhərində binalardan birində baş verən partlama güclü yanğına səbəb olub. Yanğın zamanı 6 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Şiddətli partlama binanın bir hissəsinin çökməsinə səbəb olub. Yanğınsöndürənlər güclə yanğını söndürməyə müvəffəq olublar. Çohayanq bölgəsində yerləşən binada 50 mənzil olduğu bildirilir. Partlamanın səbəbi ilə bağlı araşdırma aparılır.

O.M.