450 milyon dollar dəyərində 1,2 ton kokain ələ keçirilib

450 milyon dollar dəyərində 1,2 ton kokain ələ keçirilib

5 Avqust 2011 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərədə Southampton limanında bir yaxtada dəyəri 450 milyon dollar olan 1,2 ton kokain aşkarlanıb. Fransa polisinin may ayında şübhəli bir yaxta haqqında məlumat verməsi ilə əlaqədar ölkələrarası əməliyyat planı hazırlanılıb. "Louise" adlı yaxta İngiltərədən Hollandiyaya keçməyə hazırlaşarkən polis tərəfindən saxlanılıb. 20 metr uzunluğunda olan yaxtada olan kokain paketləri altı gün ərzində çıxarılıb. Kokainin Cənubi Amerikada hazırlanıldığı və yaxtaya Venesuelada yüklənildiyi ehtimal olunur.

Yaxtada aparılan axtarış zamanı 6 nəfər həbs edilib. Həmçinin yaxtada 100 min avro pul, iki silah və xeyli miqdarda ekstazi aşkarlanıb.

Camaatı zəhərləyənlərin həyatları zəhər oldu.

Tofiq Əliyev

O.M.