Şənbə-bazar Azərbaycanı yağış, külək, şimşək gözləyir

Şənbə-bazar Azərbaycanı yağış, külək, şimşək gözləyir

5 Avqust 2011 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda və Abşeron yarımadasında avqustun 6-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Şimal-qərb küləyi 15-20 m/s, arabir 25 m/s, yarımadanın bəzi yerlərində 28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 27-32 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.
Avqustun 7-də havanın dəyişkən buludlu olacağı, əsasən axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir, güclü şimal-qərb küləyi əsəcək. Şimal-qərb küləyi 10-15 m/s, arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 6-da əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.
Avqustun 7-də bölgələrdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 28-33, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Havanın necə olmağından asılı olmayaraq hamınıza sərinlənmək üçün çoxlu pul arzulayıram...

Günel Həbib

O.M.