Qəbələdə yol qəzası

Qəbələdə yol qəzası

5 Avqust 2011 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Qəbələ rayonu, Mirzəbəyli kəndində "Vaz" və "Mercedes" markalı 2 minik avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Vaz" markalı minik avtomobilinin sürücüsü yaralanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış yaralını avtomobildən çıxararaq ona hadisə yerində ilkin tibbi yardım göstərib.

Heç də həmişə yol qəzaları itkisiz ötüşmür. Odur ki, ehtiyatı heç zaman əldən verməyin.

Tofiq Əliyev

O.M.