Yaponiya yenə silkələndi

Yaponiya yenə silkələndi

12 Aprel 2011 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Yaponiyada yenidən zəlzələ baş verib. "France-Presse" agentliyinin verdiyi məlumata görə, zəlzələnin episentri Tokiodan 77 kilometr şərqdə olub. Ölən və yaralanan olmayıb.

Zəlzələdən sonra metronun fəaliyyəti dayandırılıb. Bundan başqa, zəlzələ Chiba Prefecture ilə Narita Beynəlxalq Hava Limanının işinə də təsir göstərib.

Mütəxəssislər sunami təhlükəsinin olmadığını bildiriblər. Bu arada onlar yeni yeraltı təkanların baş verə biləcəyi haqda xəbərdarlıq ediblər.

O.M.