Liviyalı üsyançılar sülhü rədd edib

Liviyalı üsyançılar sülhü rədd edib

12 Aprel 2011 09:23
Bəyəndim (0) Bəyənmədim (0)


Liviyalı üsyançılar atəşkəs planını rədd edib. Üsyançıların rəhbəri bu planı vaxtı keçmiş plan adlandırıb. Mustafa Əbdül Cəlil Afrika birliyi rəhbərliyi ilə görüşdən sonra Qəddafinin ölkəni tərk etməsini, əks halda bu planın baş tutmayacağını bildirib.

Qeyd edək ki, plana görə atəşkəs elan edilməli, mülki vətəndaşlara və xarici ölkələrin vətəndaşlarına yardım edilməli və sülh danışıqları başladılmalı idi.

Ancaq Əbdül Cəlil Afrikalı liderlərin müdaxiləsini gec atılmış addım adlandıraraq planı rədd edib.

Bu arada iki cəbhədə də atışmalar davam edir. NATO isə hava hücumlarını dayandırmayacağını bildirib.

O.M.