Türkiyədə polis yanacaq dolduranı döydü

Türkiyədə polis yanacaq dolduranı döydü

4 Avqust 2011 22:51
Bəyəndim (0) Bəyənmədim (0)
Polislər zərərçəkmişə rüşvət təklif etdilər

Türkiyədə bir polis məmuru yanacaqdoldurma stansiyasında benzinin ona gec verildiyi üçün yanacaq dolduran işçini ölənədək döyüb. Hadisə kurort zonası olan Antalyada baş verib. Stansiyanın təhlükəsizlik kameralarındakı görüntülərdən aydın olur ki, Cengiz.A adlı məmur Derviş Mehmet Alparslan adlı yanacaq dolduran əməkdaşı əvvəlcə söyüb, sonra isə "mən polisəm" deyə-deyə döyüb. Zərərçəkmiş təcili yardımdan 3 gün, plastik cərrahiyə xidmətindən 7 gün işləyə bilməyəcəyi haqda arayış alıb.

Derviş Mehmet Alparslan şikayət etmək üçün polisə gedərkən onun ifadəsini alan məmur, "şikayətini geri götür" deyə xahiş edib. Günahkar Cengiz.A isə bunun müqabilində zərərçəkmişə bir illik maaşını verəcəyini vəd edib. Təbii ki, Alparslan şikayətini geri götürməyib.

Hal-hazırda Antalya polisində Cengiz A. haqqında daxili intizam araşdırması aparılır.

Bu cür əməllərə görə bütün dünyada polislərə eyni adı veriblər...

Günel Həbib

O.M.