Arvadından və qızından zərbə alan ailə başçısı

Arvadından və qızından zərbə alan ailə başçısı

11 Aprel 2011 20:51
1 085
Bəyəndim (0) Bəyənmədim (0)
Siyasi tragikomediya

Arizonalı siyasətçi Fulton Brokun həyat yoldaşı Susan hələ yetkinlik yaşına çatmayan oğlanla intim münasibətdə olduğu üçün 13 il həbs cəzasına məhkum edildi. Uşaq 11 yaşında ikən Susan tərəfdən hədiyyə yağışına tutulduqdan sonra 13 yaşında olanda onunla eyni yatağa girdi. Bu "münasibət" oğlan 17 yaşa çatana qədər davam etdi. Və oğlanın qız dostunun sayəsində məsələ gün işığına çıxdı.

Sən demə, bu hadisələr yaşanan zaman siyasətçinin 18 yaşlı qızı Reyçel də anasından geri qalmırmış. Ona görə də hazırda onunla bağlı cinayət işi açılıb.

Siyasətçi isə arvadının xəyanətindən sonra boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.

Adətən belə olur, camaata siyasət dərsi verən adamın öz ailəsində heç sözü də keçmir. Tapmacada olduğu kimi, aləmi bəzər, özü lüt gəzər. Yəni iynə. İynə demişkən, bəlkə elə buna görədir ki, siyasətçilər gecə-gündüz bir-birini iynələyirlər?!.

Günel Şahməmmədova

O.M.