"İce tea" Azərbaycanda qadağan olundu

"İce tea" Azərbaycanda qadağan olundu

4 Avqust 2011 14:55
975
Bəyəndim (0) Bəyənmədim (0)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi "Kazbegi Azərbaycan" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunan "İce Tea" nişanlı moruq və şaftalı ətirli alkoqolsuz içkilərdən (istehsalçı Gürcüstanın "Kazbegi 1881" MMC) nümunə götürərək keyfiyyət və təhlükəsizliyini yoxlamaq məqsədilə Komitənin Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına verib. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, sınaq nəticələrinə əsasən yoxlanmış məhsullar maya və kif göbələklərinin sayına görə normativ sənədin tələblərinə cavab verməyib. Müəyyən edilmiş faktla bağlı müəssisəyə iradnamə və məhsul partiyalarının satışını qadağan edən tələbnamə verilib, həmçinin istifadəyə yararsız məhsulların məhv edilməsinə dair qərar qəbul olunub.

"İce Tea" soyuq çay deməkdir. Adamın mədəsi pozulmasa, adi çayı soyudub içmək də olar...

Günel Həbib

O.M.