Himalay dağları yox olmağa başlayır

Himalay dağları yox olmağa başlayır

4 Avqust 2011 13:23
Bəyəndim (0) Bəyənmədim (0)
Qlobal istilər buzlaqları əridir

Yapon təhqiqatçılar Himalay dağlarının 2 buzlağının son 40 il ərzində tamamən əridiyini müşahidə ediblər. Daha ikisi də ərimək üzrədir. Nepaldakı "Yala", şərqdəki "AX010" buzlaqlarının əriməsi son on ildə daha da sürətlənib.

Çox geniş bir bölgəni əhatə edən Himalay dağlarında 15 nəhəng buzlaq var. Ayrıca 8848 metrlik "Everest" və "K2" kimi dünyanın ən hündür zirvələri də burada yerləşir. Yapon mütəxəssis Fujita, "Qlobal istiləşmə buzlaqları sıradan çıxarır. Yetərincə qarla "doymayan" buzlaqlar sonda əriyib yox olur", - dedi.

Günel Həbib

O.M.