Zukerberq "Facebook"dan ayrıldı!

Zukerberq "Facebook"dan ayrıldı!

4 Avqust 2011 13:24
Bəyəndim (0) Bəyənmədim (0)

"Facebook"un qurucusu və prezidenti Mark Zukerberqin bacısı şirkətdən ayrıldı. 6 ildir ki, qardaşının şirkətində işləyən Randi Zukerberq özünə yeni şirkət quracaq deyə, öz istəyi ilə işdən ayrıldı. "Facebook" bu xəbəri doğruladı və "Öz yeni şirkətini qurduğu üçün bizlərdən ayrılan Randini dəstəkləyirik. Bu günə kimi bizə göstərdiyi xidmətə görə ona təşəkkür edirik". Təxminlərə görə, Randinin yeni şirkətinin adı "Rtoz Media"dır.

Mark Zukerberq mənim qardaşım olsaydı, onun şirkətindən heç vaxt ayrılmazdım. Bütün günü başına fırlanardım. Eyni vaxtda ayağının altında quyu qazıb, şirkətin başına keçərdim...

Günel Həbib

O.M.