İndoneziyada vertolyot qəzaya uğrayıb

İndoneziyada vertolyot qəzaya uğrayıb

4 Avqust 2011 12:00
832
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyada "Bell 412" vertolyotu qəzaya uğrayıb. Qəza nəticəsində doqquz nəfər ölüb. Vertolyot Manado əyalətində yerləşən mədənə işçiləri aparırmış, sərnişinlərin hamısı bu mədənin işçiləri olub. Vertolyot havaya qalxdıqdan bir neçə dəqiqə sonra onunla rabitə əlaqəsi itib. Vertolyotun qəzaya uğradığı ehtimal olunan əraziyə polis və yerli sakinlərdən ibarət xilasedici missiya göndərilib. Hava maşınının qalıqlarını yalnız bu gün səhər aşkarlamaq mümkün olub. Vertolyotda iki heyət üzvü və səkkiz mədən işçisi olub. Sərnişinlərdən bir qadın sağ qalıb, ağır vəziyyətdə olan qadın xəstəxanaya çatdırılıb.

Doqquz nəfər son uçuş etdi.

Tofiq Əliyev

O.M.