Ata və iki yeniyetmə oğlu kanalda batıb

Ata və iki yeniyetmə oğlu kanalda batıb

4 Avqust 2011 10:58
943
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçayda bədbəxt hadisə baş verib. APA-nın məlumatına görə, ötən gün axşam saat 20:00 radələrində Yuxarı Şirvan kanalının Potu kəndi ərazisindən keçən hissəsində Ləkçiplaq kənd sakini, 1976-cı il təvəllüdlü Rüstəmov Elnur iki oğlu - 1996-cı il təvəllüdlü Kamran və 1998-ci il təvəllüdlü Rüstəmlə birgə kanalda çimərkən boğulublar. Orda olan kənd sakinlərinin köməyi ilə suda boğulan Elnur Rüstəmov və Rüstəm Rüstəmov xilas edilsə də, 15 yaşlı Kamran Rüstəmovu sudan çıxarmaq mümkün olmayıb.

Ləkçiplaq kənd 1 saylı orta məktəbin 9-cu sinif şagirdi K. Rüstəmovun cəsədinin axtarışı davam etdirilir. Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıcları hadisə yerindədir. Sudan çıxarılan Rüstəm Rüstəmovun vəziyyəti ağır olduğu üçün Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Elnur Rüstəmova ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hadisənin üzməyə bacarmayan ata və uşaqlarının kanalda ehtiyatsızlıq etməsi səbəbindən baş verdiyi bildirilir. Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Ehtiyat hər yerdə igidin yaraşığıdır. Hətta, çiməndə də.

Tofiq Əliyev

O.M.