56 yaşlı kişi mənzildə ölü tapıldı

56 yaşlı kişi mənzildə ölü tapıldı

3 Avqust 2011 17:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Xətai rayonunda yerləşən mənzillərdən birində meyit tapılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açıb. Mənzilə baxış keçirilərkən 1955-ci il təvəllüdlü Sultanov Rəşid Ağatalıb oğlu hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində qeyd olunan şəxsin vəfat etdiyi məlum olub. Xilasedicilər tərəfindən R.Sultanovun cəsədi aidiyyəti üzrə təhvil verilib.

Ölüm çağırılmamış qonaqdır.

Tofiq Əliyev

O.M.