Siyəzəndə dağlıq ərazidə başlayan yanğın genişlənib

Siyəzəndə dağlıq ərazidə başlayan yanğın genişlənib

3 Avqust 2011 17:02
Bəyəndim (0) Bəyənmədim (0)

Siyəzən rayonunda dağlıq ərazidə başlayan yanğın davam edir. Otlaq sahənin yanması və ərazidə müşahidə edilən küləkli hava şəraiti alovun sürətlə yayılmasına səbəb olub. Nazirliyin 160 nəfərə qədər canlı qüvvəsi və 11 ədəd texnikası, o cümlədən 2 helikopteri dərhal hadisə yerinə cəlb edilib. Yaxınlıqda yerləşən fermalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Son məlumata görə, yanğının ümumi sahəsi, təxminən 500-600 hektar ərazini təşkil edir. Hazırda yanğının söndürülməsi istiqamətində müvafiq iş aparılır.

İsti oldu, tüstü də oldu.

Tofiq Əliyev

O.M.