Ən quraq səhraya qar yağdı

Ən quraq səhraya qar yağdı

3 Avqust 2011 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Afrika 60 ilin ən quraqlıq dövrünü yaşayarkən, Cənubi Amerikanın səhrasına qar yağması hamını təəccübləndirdi. Çilinin Atakama səhrası nəhayət ki, yağış-qar üzü gördü. 4 illik yağış miqdarı olan 3 mm yağışı bir gündə alan Antonofoqastada tıxac yarandı, futbol matçları təxirə salındı, yağışa qarşı dayanıqlı olmayan 800 ev zərər gördü. 400 nəfər xəsarət aldı.

Mütəxəssisləri təəccübləndirən isə daha da quraq olması gözlənilən Atakamaya qarın yağmasıdır. Çox az yaşıllıq və həşəratı olan bu səhrada yağışdan sonra yaşıllıq yaranacağı ehtimal olunur. Hətta söylənilənlərə görə, səhranın bir çox yerində 200-dən çox müxtəlif çiçəklər baş qaldıracaq.

Atalar demişkən: "Dəvə oynayanda qar yağar".

Günel Həbib

O.M.