Sabirabadda qatar avtomobili vurub
Sabirabad rayonunun Xanlar kəndi ərazisindən keçən dəmir yol xətti ilə avtomobil yolunun kəsişməsində qatar avtomobili vurub. Qatar Piriyev Əliasif Şərbət oğlunun idarə etdiyi "Mercedes" markalı, 10 FV 951 dövlət nömrə nişanlı avtomobili vuraraq kənara tullayıb. Nəticədə avtomobil yararsız hala düşüb, sürücü yüngül xəsarət alıb.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər