Başqırdıstanda azərbaycanlı tutulub

Başqırdıstanda azərbaycanlı tutulub

3 Avqust 2011 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Başqırdıstanda saxta pul əsginaslarını dövriyyəyə buraxmaqda ittiham olunan azərbaycanlı tutulub. Saxlanılan şəxsin adı açıqlanmasa da, onun 50 yaşlarında azərbaycanlı olduğu bildirilib. Başqırdıstanın Kiqin rayonunda mağazalardan birindən alver etmək istəyən həmin şəxsin saxta puldan istifadə edərək mal almaq niyyətinin qarşısı satıcı tərəfindən alınıb. Cinayət əməlinin aşkarlandığını görən şəxs mağazadan qaçmağa nail olsa da, yerli hüquq mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. İlkin araşdırma nəticəsində müəyyənləşdirilib ki, həmin şəxs 1998-ci ildə Rusiyaya gəlib və Yamalo-Nenetsk Muxtar Vilayətində məskunlaşıb. Saxta pulları isə o, Başqırdıstana Tümen vilayətindən gətirib. Saxlanılan şəxsin mənzilində aparılan axtarış zamanı milis əməkdaşları 8 min rubl dəyərində saxta əsginaslar aşkarlayıb. Hazırda saxlanılan şəxsin digər bölgələrdə analoji cinayət əməli törədib-törətmədiyi araşdırılır.

Artıq tamah baş yardı.

Tofiq Əliyev

O.M.