Yəmən prezidenti həqiqətən istefaya hazırdırmı?

Yəmən prezidenti həqiqətən istefaya hazırdırmı?

11 Aprel 2011 17:48
Bəyəndim (0) Bəyənmədim (0)
İlan ulduz görməsə, canını tapşırmaz


Fars körfəzindəki Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasının iştirakçı ölkələrinin təklif etdikləri plana cavab gəlib. Belə ki, bu gün Əli Abdulla Saleh rəsmi açıqlama verib. Mətbuata verilən məlumatda o, "Biz qardaşlarımızın Yəməndəki hazırkı böhranı həll etmək səylərini alqışlayırıq və konstitusiyaya müvafiq olaraq hakimiyyəti sülh yolu ilə ötürməyə qarşı deyilik", - deyib.

Qeyd edək ki, bunadək Yəmən lideri həmkarlarının ölkədəki böhranın həllinə dair təkliflərini rədd edirdi. O, əcnəbilərin çəkinmədən Yəmənin daxili işlərinə müdaxiləsindən qəzəblənir, "demokratiya" , "konstitusiya" və "azadlığa" zidd istənilən razılaşmaya qarşı çıxacağını deyirdi.

Fars körfəzindəki Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası yanvardan bəri hökumət əleyhinə nümayişlərin sakitləşmədiyini gördükdən sonra Yəməndəki situasiyaya qarışmalı olub. Nümayişçilər Salehin istefasını və demokratik islahatlar tələb edirlər.

Deyirlər, ilan ulduz görməsə, canını tapşırmaz. Öz aramızdır, indiki halda Qərb ölkələri daha çox səhnə ulduzlarını xatırladırlar.

Elvin Babayev

O.M.